Əməkdar artist Nüşabə Ələsgərli ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni anası ilə bacısının ölümündən danışarkən göz yaşlarına hakim ola bilməyib.
“Mənə deyirlər ki, niyə efirə çıxmırsan? Çıxa bilmirəm, bilirəm ki, ağlayacağam. Anam heç vaxt məni ağlamağa qoymazdı. Bu formada görünmək istəmirəm. Ona görə də efirə çıxmaq istəmirəm.
Deyirlər ki, zaman yaraları sağaldır, amma belə deyil, sağaltmır”, - deyə N.Ələsgərli bildirib.
A.S.
www.oxu.az