Sosial mediada “Rəqs edən milyonçu” adı ilə məşhurlaşan iş adamı Canluka Vakki sevgilisi Corcia Qabriele ilə Mayamidə görüntülənib.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, 49 yaşlı milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə çimərlikdə əylənib. Hər kəsin diqqətini çəkən cütlük sevənləri ilə foto çəkdirib. “Instagram”da 8 milyondan çox izləyicisi olan Vakkinin qız fanatları onu əhatəyə alıblar.
Qeyd edək ki, C.Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza gələcək. O, mayın 5-i və 6-da öz DJ proqramı ilə festivala qatılacaq.
A.S.
www.oxu.az