Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda görə, Sabunçu Rayon Polis İdarəsinin və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.
Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H. Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.
Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
E.Ə.
www.oxu.az