Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lukaşenko: Aranı Paşinyan qarışdırdı
Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KMT) baş katibi postuna təşkilatın statusunu yüksəltmək üçün pensiya yaşında olan məmurları deyil, gənc və istedadlı generalları təyin etmək lazımdır.
Oxu.Az xəbər verir ki, Lukaşenko vəziyyətin bu həddə çatmasında Ermənistan baş naziri Nikol Paşinyanı təqsirli bilib.
O bildirib ki, Paşinyan ona zəng edəndə erməni baş nazirə Xaçaturovun nəyə görə siyasi səbəblərdən həbs olunduğunu soruşub.
“Ona dedim ki, siyasi həbsləri dəstəkləmirəm”, - A.Lukaşenko deyib.
Sankt-Peterburqda bağlı qapılar arxasında keçirilən Avrasiya İqtisadi Birliyinin iclasındakı müzakirə edilən məsələlərə toxunan Lukaşenko qeyd edib ki, Rusiya və Qırğızıstan prezidenti onunla birlikdə Paşinyana belə sual verdilər:
“Vacib qərar verməzdən əvvəl nəyə görə zəng edib məsləhət almayıb?”
“Axı problemi biz deyil, Paşinyan yaradıb”, - Lukaşenko qeyd edib.
Prezident hesab edib ki, KTMT baş katibi ilə bağlı aranı qarışdırmaqla erməni baş nazir təşkilata üzv digər dövlətlərin başçılarını da Ermənistanın daxili siyasi məsələsinin müzakirəsinə cəlb edib.
Oxu.Az yeniləndi!
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər