Belarus prezidenti Aleksandr Lukaşenko rəhbərlik etdiyi respublikanın bütün qonşu respublikalar ilə dostluq etməli olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Biz bütün qonşular ilə dostluq etməliyik, Rusiya, Ukrayna, Polşa, Litva, Latviya bizə yad deyil. Bu, bizim qonşulardır. Bu, Allahdan verilib”, - Belarus prezidenti deyib.
Bununla yanaşı, Lukaşenko əlavə edib ki, “çoxşaxəli siyasət qurmaqdan başqa yolumuz yoxdur”.
“Mən intuitiv olaraq bunu (çoxşaxəli siyasət qurmaq) anladım. Hər şey istədiyimiz kimi alınmadı. Birqanadlı uçurduq. Amma episentrdə olduğumuz halda, çoxşaxəli siyasəti inkişaf etdirməkdən başqa yolumuz yoxdur”, - o vurğulayıb.
N.О.
www.oxu.az