Məşhur avtoritet Rövşən Lənkəranskinin dəstəsindən olan şəxslər azadlığa buraxılıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, Rusiyada Nijni Taqil şəhərinin məhkəməsi Lənkəranskinin dəstəsinin 5 üzvü barədə qərarı dəyişib. Barələrində həbs qətimkan tədbiri seçilən Xıdır Q., İlkin A., Orxan M., Asim A. və Telman V. ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, 30 nəfərdən ibarət dəstə üzvləri keçən il avqustun 4-də həbs ediliblər. Polislərin OMON-la birgə keçirdiyi əməliyyat zamanı dəstədəkilərdən travmatik silah, borc siyahısı və başqa şəxsə məxsus pasport aşkar edilmişdi.
N.О.