Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lukaşenko: "Heç vaxt Belarusdan kənarda döyüşmək əmri verməyəcəyəm"
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, heç vaxt orduya ölkəsindən kənarda döyüşmək əmri verməyəcək.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
"Ölkəmizdən kənara çıxmaqla bağlı heç bir əmr olmayıb və olmayacaq. Biz yalnız ölkəmizə qarşı bəd niyyətlə yanaşacaqları halda döyüşəcəyik. Bu qədər!" - Belarus lideri qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Minski qoşun və texnikanı sərhəddən uzaqlaşdırmağa çağırıb. Rəsmi Kiyev hesab edir ki, Belarus Silahlı Qüvvələri təlimlər adı altında Qomel vilayətinə artilleriya, hava hücumundan müdafiə sistemləri və çox sayda raket buraxılış sistemləri gətirib.
"Aleksandr Lukaşenko" teqi üzrə xəbərlər
- Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin açılışına çağırılmayıb
- Lukaşenko: "Dünyanın yarısı Belarusdakı "diktatura"nı arzulayır"
- Lukaşenko and içdi - Yeddinci dəfə prezident vəzifəsinin icrasına başladı
- Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib
- Aleksandr Lukaşenkonun andiçmə mərasiminin tarixi məlum olub