Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minsk regional icra komitəsinin sədri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “BelTA” dövlət agentliyi məlumat yayıb.
Dövlət başçısı regionda biçin kampaniyası, ət-süd kompleksinin inkişafı və yol tikintisi ilə bağlı hesabatı dinləyib.
Bu, son bir neçə gündə Lukaşenkonun keçirdiyi ilk görüş olub. İyulun 30-da “Nezıqar” “Telegram” kanalı və Ukraynanın “İşgüzar paytaxt” nəşri belarus liderin insult keçirdiyini yazmışdı.
Belarus prezidentinin mətbuat xidməti bu informasiyanı təsdiq etməyib.
Rəylər