Belarus prezidenti Aleksandr Lukaşenkonun insult keçirməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont bildirib.
Sözügedən məlumatı Ukraynanın “Delovaya stolitsa” portalı yayıb və Belarusun jurnalist dairələrinə istinad edib.
Bildirilir ki, məhz insult və Lukaşenkonun xəstəxanaya yerləşdirilməsi səbəbi ilə prezidentin Qomel səfəri təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl də Belarus prezidentinin səhhətində yaranan problemlər haqqında məlumatlar yayılmışdı.
Rəylər