Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov tanınmış rejissor Tiqran Keosayanla mərcindən söz açıb.
Oxu.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, Peskov uduzduğunu və hələ də pulları ödəmədiyini etiraf edib:
“Dünya çempionatının Rusiya - İspaniya oyununda mən ispanların qələbəsinə pul qoydum. Tiqran isə əksinə. Millimizin qələbəsinə ikimiz də sevindik. Tiqran, pulları ödəyəcəm”.
Xatırladaq ki, Rusiya komandası mundialın 1/8 final mərhələsində ispanları oyunsonrası penalti seriyasında məğlub edərək fəxri mükafat uğrunda mübarizədən kənarlaşdırmışdı.