Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Afrikanın şimal sahilindən İspaniyanın muxtar Seuta şəhərinə axışan miqrantların "ildırımsürətli deportasiyasını" tələb edib və iki avrokomissara bu məsələni həll etməyi tapşırıb.
Oxu.Az-ın məlumatına əsasən, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Deportasiya prosesi Avropa qanunvericiliyinin icazə verdiyi çərçivədə sürətli şəkildı həyata keçirilməlidir", - deyə o bildirib.
Fon der Lyayen sözlərinə onu da əlavə edib ki, yaranmış vəziyyəti nizama salmaq üçün daxili işlər üzrə komissar Maqnus Brunner, eləcə də Aralıq dənizi və demoqrafiya məsələlərinə cavabdeh olan Dubravka Şuitse xüsusi təlimatlandırılıb.