Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasını ehtiva edən qanun layihəsini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 3-də Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu barəsində həbs qərarı çıxarmasına baxmayaraq, İsrailin baş naziri Macarıstana səfər edib. Bu kontekstdə Macarıstanın BCM-dən çıxmaq niyyətində olduğu bildirilib.
Öz növbəsində Macarıstanın Baş naziri Viktor Orban BCM-in qərarını siyasi adlandırmışdı.
Macarıstan parlamenti BCM-dən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib