Macarıstana məxsus iki qırıcı sentyabrın 25-də Baltik dənizi üzərində Rusiyanın hərbi təyyarələrinə müdaxilə edib.
Oxu.Az bildirir ki, bu barədə NATO-nun Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Rusiyanın "Su-30", "Su-35" və üç ədəd "MiQ-31" qırıcıları Latviyanın hava məkanı yaxınlığında Baltik dənizi üzərində uçublar.
Rusiya qırıcılarına müdaxilə etməkdən ötrü Macarıstanın "Gripen" qırıcıları Litvanın Şyaulyay aviabazasından havaya qalxıblar.