UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.
Oxu.Az bildirir ki, bu çərçivədə "Zaltsburq" (Avstriya) - "Portu" (Portuqaliya) qarşılaşması baş tutub.
Görüşün taleyini bir qol həll edib.
Qonaqlardan Villiam Qomes fərqlənib. O, əsas vaxta artırılmış dəqiqələrdə komandasına üç xalı qazandıran baxımlı qol vurub.