Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən növbəti toplantısında Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketinin qəbuluna Macarıstan və Slovakiya tərəfindən veto qoyulub.
Oxu.Az M1 telekanalına istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto brifinqdə jurnalistlərə açıqlamasında qeyd edib.
"Bu gün Slovakiya və biz 18-ci sanksiya paketinin qəbuluna mane olduq. Çünki bu paket qəbul edilsəydi, Macarıstan və Slovakiya da daxil olmaqla bir sıra Aİ ölkələrinə Rusiya təbii qazı və ucuz Rusiya xam nefti almaq qadağan olunacaqdı", - deyə Macarıstanın xarici işlər naziri vurğulayıb.