Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Maduro "WhatsApp"a müharibə elan etdi
Venesuela lideri Nikolas Maduro "WhatsApp" mesajlaşma xidmətindən imtina edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Venezolana de Televisión" telekanalı xəbər yayıb.
Prezident bu mesajlaşma xidmətinin ölkəyə təhdid məqsədilə istifadə edildiyini, buna görə də tətbiqi telefonundan həmişəlik siləcəyinə, kontaktlarını isə "WeChat" və "Telegram"a köçürəcəyini deyib.
Maduro venesuelalıları da ondan nümunə götürməyə çağırıb və "WhatsApp"ın Venesueladan "cəhənnəm olub getməsini" istədiyini deyib.
Bundan əvvəl Maduro "TikTok" və "Instagram"ı ölkədə nifrət qızışdırmaqda ittiham edib.
"Nikolas Maduro" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər