Respublikaçı Con Makkeyn “Obamacare” - cari tibbi sığorta sisteminin əsas bölmələrinin ləğv edilməsi haqqında yekun səsverməyə qatılmaq üçün xəstəxanadan Senata qayıdacaq.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə konqresmenin nümayəndələri xəbər verib.
Xatırladaq ki, ABŞ senatoru Con Makkeyndə beyin şişi aşkarlanıb. 80 yaşlı senator ötən həftə əməliyyat olunub, bədxassəli şiş kəsilib götürülüb. Buna baxmayaraq, diplomat bildirib ki, yaxın zamanlarda işə qayıtmaq fikrindədir, lakin bunun üçün, o, həkimlərdən icazə almalıdır.
N.O.