Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Marko Rubio: "ABŞ Ukrayna üçün güclü sülh planı təqdim edib"
ABŞ "güclü sülh planı"nı təqdim edib və İstanbulda əldə edilən əsir mübadiləsi razılaşmasını alqışlayır.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
Söhbət "minə min" düsturuna əsasən əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmadan gedir. Həm Rusiya, həm də Ukrayna buna hazır olduqlarını təsdiqləyiblər.
Rubio qeyd edib ki, İstanbulda danışıqlardan sonra Ukraynada yaranmış münaqişəyə son qoymaq şansı qaçırılmamalıdır. "Gəlin bu böyük fürsəti əldən verməyək. Bu müharibəyə son qoymağın vaxtı gəlib çatıb", - o yazıb.
Qeyd edək ki, Marko Rubio mayın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıb. Söhbət Moskva və Kiyev arasında İstanbulda son üç ildə ilk birbaşa danışıqlardan bir gün sonra baş tutub.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər
- İsrail ABŞ-ni İrana qarşı əməliyyata qoşulmağa razı salmağa çalışır
- Ziddiyyətli bəyanatlar: İran ABŞ-ni ittiham edir, Rubio zərbələrdə iştirakını inkar edir
- USAID-in xaricdəki nümayəndəliklərinin tam ləğv ediləcəyi tarix açıqlanıb
- Taleyin ironiyası: Tramp lağa qoyduğu Baydenin aqibətini yaşadı