Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Marko Rubio: "Ukraynadakı münaqişə ABŞ və Rusiyanın proksi müharibəsidir"
"Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalının efirində deyib.
"Prezident Donald Tramp hesab edir ki, bu, dalana dirənən uzunmüddətli münaqişədir. Düzünü desəm, bu, nüvə gücləri - Ukraynaya kömək edən ABŞ və Rusiya arasında proksi müharibədir. Buna son qoymaq lazımdır", - deyə o qeyd edib.
Marko Rubionun sözlərinə görə, həm Kiyev, həm ABŞ Konqresi, həm də digər ölkələr əvvəllər hesab edirdilər ki, sadəcə olaraq onlara (Ukraynaya) ehtiyac duyduqları hər şeyi vermək kifayət edəcək.
"Ancaq bu, strategiya deyil", - deyə ABŞ dövlət katibi əminliyini bildirib.