Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Martinikdə komendant saatının vaxtının uzadılması yeni etirazlara səbəb olub
Fransanın müstəmləkəsi olan Martinikdə komendant saatının vaxtının uzadılması etirazlara səbəb olub.
Oxu.Az "Crisis24" portalına istinadən xəbər verir ki, narazı kütlə departamentin Fort de Frans, Sent-Terez, Teksako, Dilliona rayonlarında yolları bağlayıb, barrikadalar qurub.
Polis aksiyanı yatırtmaq üçün güc tətbiq edib. Qarşıdurma zamanı çox sayda avtomobil, iş yeri və ticarət obyekti yandırılıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir, saxlanılanlar var.
Qeyd edək ki, bahalığa qarşı aksiyaların davam etdiyi Martinikdə komendant saatının vaxtı oktyabrın 28-dək uzadılıb.
"Martinik" teqi üzrə xəbərlər
- Fransada boğulan demokratiya
- Fransadan geriyə addım: Martinikdə qiymətlər endirildi
- Fransanın Martinik bölgəsində toqquşmalar: Komendant saatı tətbiq edildi
- Fransanın Martinik bölgəsində toqquşmalar genişmiqyaslı iğtişaşlara çevrilir: Yaralananlar var
- Martinik hakimiyyəti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib
Ən çox oxunanlar