Kolumbiya polisi Boqota hava limanında mədəsində 38,5 min ABŞ dolları keçirən qadını həbs edib.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, 39 yaşlı kolumbiyalı dizayner Boqotaya Mexikodan gəlib.
Bir neçə tibbi prosedurdan sonra qadının bədənindən hər birində 500 dollar olan 64 kapsul çıxarılıb.
Nəşrin məlumatına görə, Kolumbiyaya 10 min dollardan artıq nağd pul keçirmək qadağandır. Bir çox hallarda isə belə kuryerləri (onları Kolumbiyada "mula" adlandırırlar) narkotik daşınmasında istifadə edirlər.