Norveçdə məhbus Bastoy adasındakı həbsxanadan köhnə serfinq üçün lövhə və kiçik istehkam beli vasitəsilə qaçıb.
Bu barədə Oxu.Az The Local-a istinadən xəbər verir.
Həbsxananın rəisi Tom Eberhardtın sözlərinə görə, avqustun 5-i səhər saatlarında məhbuslardan birinin sırada olmadığından axtarışlara başlanılıb.
Sonradan onun həbsxananın həyətindən serfinq üçün köhnə lövhəni və kiçik istehkam belinin oğurlayaraq qaçdığı müəyyən edilib.
Narkotik alveri və cinsi zorakılıqda günahlı bilinən 23 yaşlı məhbus kiçik istehkam belindən avar çəkmək üçün istifadə eləyib. O Norveçin materik sahəsinə çatmaq üçün təxminən 3 kilometr avar çəkib.
Serfinq lövhəsini Xorten şəhərində dəniz sahiləndə tapıblar.