2015-ci ilin I rübündə Azərbaycandan Moskvaya kənd təsərrüfatının tədarükü 2014-cü ilin analoji dövrü ilə müqayisədə 60% artıb. Bu barədə jurnalistlərə paytaxt ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.
“Biz müxtəlif regionlardan tədarükün artmasını müşahidə edirik. Məsələn, Azərbaycandan yalnız bu il müddətində kənd təsərrüfatı mallarının tədarükü keçən il ilə müqayisədə 60% artıb”, A.Nemeryuk əlavə edib.
Departament rəhbərinin sözlərinə görə, Belarus respublikasının da paytaxta tədarükü artıb. Ordan Moskvaya ət, ət və süd məhsulları gətirilir. “Statistika 2014-cü ildə 2013-cü il ilə müqayisədə ət və ət məhsullarının 47%, pendirin 17%, kolbasa məmulatlarının tədarükünün isə 63% artdığını bildirir”, - A.Nemeryuk qeyd edib.
Rusiya hökuməti 2014-cü ilin avqust ayında “Rusiya Federasiyasının təhlükəsizliyi məqsədilə xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” qərar qəbul edib, burada Rusiyaya qarşı sanksiyalara cavab olaraq bir il müddətində ölkəyə mallarının gətirilməsi qadağan edilən ölkələrin və malların siyahısı verilib.
Sənədə müvafiq olaraq ABŞ, Aİ ölkələri, Kanada, Avstraliya və Norveçdən Rusiya Federasiyasına kənd təsərrüfatı malları, xammal və qida məhsullarının gətirilməsi qadağandır. 2015-ci ilin iyun ayında Rusiya prezidenti Aİ tərəfindən tətbiq edilən sanksiyaların müddətinin bir il artırılmasına cavab olaraq kontur sanksiyaların da müddətinin bir il artırılmasına dair fərman imzalayıb.