London qəyyumluq məhkəməsi müsəlmana əqli cəhətdən geridə qalmış arvadı ilə intim münasibətdə olmağı qadağan edib.
Oxu.Az Modern.Az-a istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, əqli inkişafı 4-7 yaş arasında uşaq səviyyəsində olan 39 yaşlı qadın qərar qəbul etmək iqtidarında deyil.
Hakim Castisa Mostinanın sözlərinə görə, 4 uşaq anası intim münasibətlə hamiləlik arasında heç bir əlaqə olduğunu bilmir: “O, intim münasibətdə xoş anlar tapır, amma ağlına belə gəlmir ki, imtina etmək seçimi də mövcuddur”, - deyə Mostina bildirib.
Hakimin sözlərinə görə, Banqladeşdən olan əri hesab edir ki, onun arvadından intim əlaqə tələb etmək haqqı var, qadın ona tabe olmalıdır.