Meksikanın Qvatemala sərhədindən yola düşən təxminən 3 min nəfərlik yeni miqrant karvanı ABŞ sərhədinə çatmaq üçün yürüşə başlayıb.
ABŞ-a çatmağa çalışan nizamsız miqrantlar, ölkələrindəki zorakılıq, işsizlik və yoxsulluq kimi problemlər səbəbiylə daha yaxşı həyat qurmaq üçün yola çıxıblar.
Qeyd edilir ki, yanvar-sentyabr ayları arasında Meksikada 190 000-dən çox sənədsiz immiqrant müəyyən edilib, onlardan 74 300-ü deportasiya olunub.
Mənbə: Anadolu agentliyi