Sosial şəbəkədə ABŞ prezidentinin xanımı Melaniya Trampın uğursuz fotosu gülüş doğurub.
Oxu.Az xəbər verir ki, kadrda birinci xanımın Ağ Evin “Kitchen Garden” bağçasında işlədiyi, onun bir əlində bağban qayçısı olması əks olunub.
"I really don't chore, do u?" pic.twitter.com/pFOxo1360H
— 🌊Ryan Adams (@filmystic) 31 July 2018
İlk baxışdan fotonun təsadüfi çəkildiyi ehtimal edilsə də, sosial şəbəkə istifadəçiləri Melaniyanın bağbanlıqdan anlayışı olmadığını və özünü elə göstərdiyini bildiriblər.
Eyni zamanda, onlar bu işdə belə bahalı paltarlardan imtina etməyən Melaniyanın geyimini də tənqid ediblər. İstifadəçilər bu geyimin bağda işləmək üçün yararsız olduğunu qeyd ediblər.