Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Meqan Markl kral ailəsini bütün sirləri açmaqla təhdid edir
Meqan Markl və şahzadə Harri ətrafında qalmaqal getdikcə böyüyür.
Qərb mətbuatının yazdıqlarına görə, cütlüyün “Tell-all US” şousunda iştirak etməyi planlaşdırdığı ortaya çıxıb.
Məlumata görə, Markl bu yolla kral ailəsi ilə razılığa gəlmək istəyir, çünki Marklın kral ailəsinin sirlərindən danışması heç də müsbət qarşılanmır.
Belə olan halda, Meqan Markl və şahzadə Harrinin televiziya şousunda iştirak etməməsi üçün kral ailəsinin onlara külli miqdarda pul təklif edəcəyi və bir çox güzəştlərə gedəcəyi ehtimal olunur.
Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.
Rəylər