Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Röya dostlarını başına yığıb klip çəkdirdi - VİDEO
Ard-arda klip çəkdirən Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, sənətçi bu dəfə rus dilində ifa etdiyi - musiqisi Rəşad Bağırova, sözləri isə Kamran Qafarlıya məxsus “Влюблена” (Eşqə düşmüşəm) adlı bəstəni ekranlaşdırıb.
Röya ekran işini rejissor Fərhad Əliyevə həvalə edib.
Diqqət çəkən məqam isə klipdə şou-biznesin bir-birindən parlaq nümayəndələrinin yer almasıdır. Ekran işində Xalq artistləri Murad Dadaşov, Miri Yusif, müğənnilər Sevda Yəhyayeva, Zamiq Hüseynov, Xəyyam Nisanov, Azad Şabanov, aparıcılar Nəsib Nur, Kamilə Babayeva və başqaları yer alıb. Klipdə şoumen Murad Dadaşov oliqarx, digər tanınmışlar isə onun qonaqları obrazını canlandırıblar.
Çəkiliş iki gün davam edib. Xalq artisti üç fərqli, dəbdəbəli və qlamur obrazda kamera önünə keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb. Layihənin baş prodüseri Vüsal Rzazadə, musiqi prodüseri Cavid Əhmədovdur.
Rəşad Əliyev
"Murad Dadaşov" teqi üzrə xəbərlər
- "CineMastercard" kinoteatrında "Paddinqton 3" Azərbaycan dilində!
- Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
- Müşfiq Şahverdiyev: "Göbəkdən aşağı zarafatları pul qazanmaq üçün edirik"
- ATV Nanə Ağamalıyeva ilə yollarını ayırır?
- Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı
Rəylər