Berlinin müdafiə xərclərini artırmaq qərarı sayəsində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) dağılmaqdan xilas olub.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts ZDF telekanalına müsahibəsində bildirib.
O, konstitusiyaya müdafiə xərcləri üçün xüsusi fond yaratmağa imkan verən dəyişikliklər barədə xatırladıb. Almaniya kansleri hesab edir ki, bu qərar NATO-nu effektiv şəkildə xilas edib.
"Mən NATO-nun Haaqa sammitində idim. Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniya Federativ Respublikasına müdafiəyə 3.5% və lazımi infrastruktura 1.5% xərcləməyə icazə verməsəydik, yəqin ki, həmin gün NATO dağılacaqdı. Biz bunun qarşısını aldıq", - deyə Merts vurğulayıb.