Bu gün Almaniya Kansleri Fridrix Merts Ukraynada vəziyyətlə bağlı daxili məsləhətləşmələr və planlaşdırılmış telefon danışıqları aparmaq üçün bir sıra görüşlərini gözlənilmədən ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Bild" yayıb.
Bildirilir ki, Merts Federal Dəftərxananın rəhbəri Torsten Fraydan tədbirlərdən birində onu əvəzləməyi xahiş edib. Merts, həmçinin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. Telefon danışıqlarının məzmunları barəsində "yalnız həmsöhbətlərlə razılaşdırıldıqdan sonra" məlumat veriləcək. Söhbət, çox güman, Trampın Ukraynadan ciddi güzəştləri tələb edən 28 maddəlik sülh planından gedəcək.