Məşhur rusiyalı teleaparıcı Yuliya Baranovskaya təcili olaraq Salexard şəhərində xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı olan Baranovskayanın çəkilişlər zamanı vəziyyəti pisləşib, o, qarın nahiyəsində ağrılardan şikayət edib. Yuliya yerli xəstəxanaya çatdırılıb və hazırda cərrahiyyə bölməsindədir.
Qeyd edilir ki, 45 yaşlı aparıcı üçüncü övladını dünyaya gətirdikdən sonra qarın əzələlərində yaranan problem yarandığını və tibbi göstəricilərə əsasən abdominoplastika əməliyyatı keçirdiyini etiraf edib.