Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məşhur smartfon markasının istifadəçilərinə təhlükəli virus barədə xəbərdarlıq edilib - FOTO
“Group-IB” informasiya təhlükəsizliyi şirkəti “iOS” əməliyyat sistemi üçün hazırlanmış “GoldPickaxe.iOS” adlı yeni virus aşkar edib.
O, üzün tanınması, şəxsiyyət vəsiqəsi, SMS məlumatlarını və qurbanların bank hesablarını sındırmaq üçün istifadə edilə bilən digər məlumatları oğurlaya bilir.
Qeyd olunur ki, virus əvvəllər “Android” əməliyyat sistemi üçün hazırlanmış “GoldDigger” ailəsinə aiddir. Tətbiq “Apple” servisindən silindikdən qısa müddət sonra fırıldaqçılar onu korporativ cihazları idarə etmək və konfiqurasiya etmək üçün istifadə olunan MDM profili vasitəsilə yaymağa başlayıblar.
“Group-IB”nin məlumatına görə, virus qurbanlarının əksəriyyəti Vyetnam və Tailanddandırlar, lakin onun təsirindən digər ölkələrdən olan istifadəçilər də zərər çəkə bilərlər. Mütəxəssislər artıq müəyyən edilmiş problemlə bağlı “Apple” şirkətini məlumatlandırıblar.
Mənbə: gazeta.ru
"Tailand" teqi üzrə xəbərlər
- "Air India" təyyarəsi bomba təhlükəsi səbəbindən Tailandda məcburi eniş etdi
- Tailandda ŞOK: Öldüyü güman edilən kişi dirilib və polisdən kömək istəyib
- Tailandda pələng turistə hücum etdi: Anbaan görüntülər
- Üç ölkədə COVID-19-a yoluxma halları kəskin artdı
- Tailandda polis helikopteri qəzaya uğradı: Ölənlər var