Milyarder Mixay Danilesku koronavirusdan qorunmaq məqsədilə Yeni Zelandiyadakı bunkerdə yaşamaq qərarına gəlib.
“The Sun” nəşri yazır ki, milyarder onun üçün hazırlanan xüsusi bunkerdə yaşamağa başlayıb, lakin mürəkkəb təhlükəsizlik sistemi səbəbindən qapını aça bilməyib.
M.Danilesku yardım üçün bunkeri inşa edən “Rising S” şirkətinə zəng edib.
Qəzet qeyd edir ki, varlılar arasında bir çoxları apokalipsisdən qorunmaq üçün məhz Yeni Zelandiyaya üz tutur.