Misirin şimalında yerləşən Əl-Minufiya bölgəsində fəhlələri daşıyan avtomobil yük maşını ilə toqquşub.
“Əl Məsri əl Youm” xəbər portalı məlumat verir ki, qəza nəticəsində 12 nəfər həlak olub. Daha üç nəfərin yaralandığı bildirilir.
Hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsinin səbəblərini araşdırır.