Misirin Əl-Ubur şəhərində mebel fabrikində yanğın zamanı 24 nəfər ölüb, daha 24-ü isə yaralanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın günün birinci yarısında başlayıb. Tez bir zamanda böyük ərazini əhatə edən alov onlarla işçinin binanı tərk etməsinə imkan verməyib.
Misir səhiyyə nazirliyinin məlumatına görə, xəstəxanaya ağır vəziyyətdə gətirilən bir neçə yaralının həyatını xilas etmək mümkün olmayıb.