MKİ-nin direktoru Mayk Pompeo KXDR-da vəziyyəti müzakirə etmək üçün Cənubi Koreyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Renhap” agentliyi hökumətdə olan mənbəyə istinadən məlumat yayıb.
Pompeo Seula aprelin 29-da Seula gəlib və ölkənin Milli kəşfiyyat xidmətinin rəhbəri Li Bön Ho, eləcə də prezident administrasiyası və ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Knepper ilə görüşüb.
Qeyd olunduğu kimi MKİ direktoru ölkəyə KXDR ətrafında vəziyyət ilə bağlı məsələlərin müzakirəsi üçün gəlib. Bununla yanaşı onun ölkə prezidentliyinə namizəd ilə görüşmək istəyinə dair məlumat yoxdur.
N.О.