“Anji”nin sabiq hücumçusu, hazırda isə Türkiyənin “Antalyaspor” klubu üçün oynayan Samuel Eto`o milli çempionatda “Adanaspor” ilə görüş zamanı üç qol vurub.
Oxu.Az xəbər verir ki, video “MATCH OF THE DAY” YouTube kanalında yerləşdirilib.
Bu het-trik 36 yaşlı kamerunlu üçün “Antalyaspor”un heyətində ilk idi. Sonuncu dəfə Eto`o 2014-cü ilin yanvar ayında “Çelsi”nin tərkibində “Mançester Yunayted”in qapısına üç qol vurmuşdu.
Türkiyənin cari çempionatında Eto`o 14 qol vurub, onun klubu isə turnir cədvəlində altıncı yeri tutur.
Eto`o 2011-2013-cü illərdə Mahaçkalanın “Anji” komandası üçün meydana çıxıb.
Kamerunlu futbolçu “Barselona”nın tərkibində (iki dəfə) və “İnter”in tərkibində çempionlar liqasının qalibi olub.
N.О.
www.oxu.az