Bir qədər əvvəl adı korrupsiya qalmaqalında hallanan Federiko Mogerini Avropa Kollecinin direktorluğundan gedib.
Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb.
Qeyd edək ki, o, əvvəllər Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi olub. Dekabrın 2-də Avropa İttifaqının diplomatik xidmətindəki korrupsiya işinin araşdırılması çərçivəsində F.Mogerini Avropa İttifaqının Xarici əlaqələr xidmətinin sabiq baş katibi Stefano Sannino ilə birgə saxlanılsa da, sonradan hər ikisi sərbəst buraxılıb.