Avropa İttifaqının Xarici əlaqələr xidmətinin sabiq baş katibi Stefano Sannino da Belçika polisi tərəfindən saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "L'Echo" xəbər verir.
Qeyd olunur ki, Sannino keçmiş Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel bu vəzifədə olarkən ümum-Avropa diplomatik qurumunda ikinci şəxs olub.
Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik üzrə sabiq ali nümayəndəsi Federika Mogerini Belçika polisi tərəfindən saxlanılıb.
Oxu.Az "Le Soir" qəzetinə istinadən xəbər verir ki, F.Mogerini dələduzluqda ittiham olunur.
Hazırda Avropa kollecinin direktoru olan xanım nəzarət altında saxlanılır.
Daha əvvəl Belçika hüquq-mühafizə orqanlarının fərdi evlərdə, Aİ-nin Brüsseldəki diplomatik xidmətinin binasında və Brüggedəki Avropa kollecində korrupsiya və büdcə yeyintiləri ilə bağlı axtarış apardıqları barədə məlumat yayılmışdı.