Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Moldova Rusiya Mədəniyyət Mərkəzini bağlayacaq
Kişineu PUA-ların respublika ərazisinə düşməsi ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoyaraq, Rusiya Federasiyası ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişin ləğv edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişinə birtərəfli qaydada xitam (denonsasiya - red.) vermək qərarına gəlib.
"Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra, Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq" - Moldova XİN-in açıqlamasında qeyd olunur.
"Moldova" teqi üzrə xəbərlər
- Millimiz Qəbələdə Moldova seçməsi ilə üz-üzə gələcək
- Moldova Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır
- Moldova Rusiyanın notasına cavab verib
- Rusiya Moldova səfirinə nota verdi: İzahat istənildi
- ABŞ Moldovada solçu baxışların təbliği üçün 32 milyon dollar ayırıb