Monqolustanın Baş naziri Qombojavın Zandanşatar vəzifəsini tərk edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
"Baş nazir Zandanşatar istefa verdi", - deyə məlumatda bildirilib.
O, 2025-ci ilin iyun ayından bu vəzifədə idi. Zandanşatar korrupsiya qalmaqalı fonunda işindən kənarlaşdırılan Luvsannamsrayn Oyuun-Erdeneni əvəz etmişdi.