Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Moskva aeroportlarında təşviş - FOTO
Rusiya paytaxtı Moskva şəhərindəki hava limanlarında ciddi təşviş yaşanıb. Şəhərə PUA hücumu ilə əlaqədar “xalça” rejimi elan edilib və onlarla reys təxirə salınıb.
Bir neçə saat sonra isə hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığı bildirilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
“45 sərnişin və iki yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqdakı alternativ hava limanlarına yönləndirilib. Hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər götürüldükdən sonra bu reyslərin sərnişinləri təyinatı üzrə hava limanlarına çatdırılacaq”, - deyə Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib.
Mənbə TASS
"PUA" teqi üzrə xəbərlər
- Donetskdə qeyri-adi hadisə: Bayquş Rusiyanın pilotsuz təyyarəsini vurdu
- Danimarka səmasında 20 naməlum dron göründü
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq
- Sirr açıldı? - ABŞ-də gecələr peyda olan və sakinləri qorxudan PUA-larla bağlı Livelsbergerin izahı
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
Rəylər