Rusiya paytaxtının Taqansk Rayon Məhkəməsi Moskva Satira Teatrının sabiq direktoru Məmməd Ağayev barəsində həbs qətimkan tədbiri seçib.
Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Ağayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ağayevin və yaxın qohumlarının hesablarının üzərinə həbs qoyulub.
Moskva Satira Teatrının sabiq direktoru Məmməd Ağayevə bir qrup şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda dələduzluq əməli törətməkdə ittiham olunur.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.
Prokurorluq iddia edir ki, təqsirləndirilən şəxs naməlum şərikləri ilə birlikdə teatrın vəsaitini mənimsəyib. İddia olunur ki, saxta hesabatlar əsasında təqsirləndirilən şəxs və onun əlaltıları 20 milyon rubla (421 min manat - red.) yaxın pulu mənimsəyiblər.