Türkiyənin Azərbaycandakı səfirliyində Zəfər Bayramının 103-cü ildönümü və Silahlı Qüvvələr Günü qeyd edilib.
Oxu.Az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətilə tədbirdə iştirak edən qonaqlara təşəkkür edib.
Bu barədə tədbir zamanı oxunan təbrik mesajında məlumat verilib.
"Xarici nümayəndəliklərimizə təşrif buyuraraq sevincimizi paylaşan, buna şərik olan bütün qonaqlarımıza canı-könüldən təşəkkür edirəm", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu bayram Anadoluda imperialist orduların dağıdılması, çirkin mühasirənin yarılması və millətin əsarətə boyun əyməyəcəyinin bütün dünyaya göstərilməsi ilə əlamətdardır:
"Vətənimiz, bayrağımız, millətimizin istiqlaliyyəti və gələcəyi uğrunda canlarını fəda edən dəyərli şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Möhtərəm veteranlarımızı hörmətlə yad edirəm. Sizi bir daha hörmət və sevgi ilə salamlayıram. Zəfər Bayramınız mübarək olsun".
Mərahim Nəsib