Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Moskvada şagird dərs zamanı çəkiclə müəllimin başına zərbə endirib
Moskva vilayətində beşinci sinif şagirdi dərs zamanı riyaziyyat müəlliminin baş nahiyəsinə çəkiclə zərbə endirib.
Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, 13 yaşlı məktəbli çantasından çəkici çıxararaq, dərs keçən 69 yaşlı qadının başından vurub. Bundan sonra şagird sinifi qaçaraq tərk edib.
Qadına beyin silkələnməsi, kəllə-beyin travması diaqnozu qoyulub. O, xəstəxanaya aparılıb. Uşağın atası məktəbə, şagirdin özü isə valideynləri ilə birlikdə polis bölməsinə dəvət olunub.
O da məlum olub ki, 13 yaşlı məktəbli dərsə təkcə çəkic deyil, bıçaq da götürüb.
"Moskva vilayəti" teqi üzrə xəbərlər
- "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
- Moskva vilayətində yaşayış binasında yanğın: Ölənlər var
- Moskva vilayətində məktəbdə fişəng partlayıb: Yaralılar var
- Rusiyada ilk "araq içmək" elektromobili düzəldildi
- "Crocus City Hall"da terror aktı ilə bağlı istintaq başa çatıb
Ən çox oxunanlar