Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mourinyo karyerasında peşman olduğu qərarlardan danışdı
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasında peşman olduğu qərarlardan danışıb.
Oxu.Az xəbər verir ki, 61 yaşlı mütəxəssisin açıqlamasını "Corriere dello Sport" nəşri yayıb.
J.Mourinyo "Real Madrid"in prezidenti Florentino Peresə verdiyi "yox" cavabına görə təəssüf keçirdiyini açıqlayıb:
"O mənə dedi: "Mou, indi getmə, sən çətin olan hissəni bitirmisən və indi yaxşı hissə gəlir". Bunun baş verəcəyini bilirdim, amma İspaniyadakı üç çətin ildən sonra "Çelsi"yə qayıtmaq istəyirdim. Həmçinin "Roma"nı dərhal tərk etməliydim (Avropa Liqasının finalından sonra), amma bunu etmədim və yanıldım".
Xatırladaq ki, J.Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib.
"Joze Mourinyo" teqi üzrə xəbərlər
- Mourinyo mətbuat konfransına gecikdiyi üçün üzr istəyib: "Bağışlayın, kabab çox gözəl idi"
- Joze Mourinyo İtaliya nəhənginin təklifini geri çevirib
- "Fənərbağça" klubu Joze Mourinyo ilə bağlı yekun qərarını verib
- "Fənərbağça"dan Mourinyo ilə bağlı AÇIQLAMA
- Türkiyədən beş çamadanla ayrılan Joze Mourinyo jurnalistləri həyəcanlandırdı
Rəylər