Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nadir elementlər üzrə ABŞ-Ukrayna sövdələşməsinin dəyəri bir trilyon dollara çata bilər
ABŞ lideri Donald Tramp Ukrayna ilə nadir torpaq elementləri üzrə sövdələşmənin bir trilyon dollara çata biləcəyini bəyan edib və bunun Vaşinqton üçün əhəmiyyətini vurğulayıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Ukraynaya dəstək üçün böyük məbləğ - təxminən 350 milyard dollar xərcləyib və hazırda dövlət başçısı bu vəsaiti Ukraynanın faydalı qazıntılarına çıxış yolu ilə geri qaytarmaq istəyir.
Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 28-də Vaşinqtona gələrək sazişi imzalayacağı gözlənilir.
Qeyd edək ki, yerli medianın məlumatına görə, sənədin hazırkı variantında Kiyevin əsas şərtlərindən biri olan Ukrayna üçün təhlükəsizlik təminatları yoxdur. Sövdələşmənin tarixi fevralın əvvəlindən başlayır. Tramp məhz o vaxt ilk dəfə olaraq Ukraynanın nadir metallarına maraq göstərdiyini dilə gətirmişdi. Fevralın 12-də ABŞ maliyyə naziri Skott Bessent Zelenskiyə saziş layihəsini təqdim edib. Lakin Zelenski təhlükəsizlik təminatlarının olmamasına istinad edərək nə o zaman, nə də Münhendə vitse-prezident Cey Di Venslə görüşdə masada olan sənədi imzalayıb. Zelenski fevralın 23-də də sənədi imzalamaq istəmədiyini, çünki bunun gələcək nəsillərə yük olacağını bildirib.
Hazırda vəziyyət gərgin olaraq qalır: Tramp sövdələşmədə ABŞ-nin xərclərini kompensasiya etmək imkanını görür, Zelenski isə şərtlərin işlənib hazırlanmasını tələb edir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts isə yaxın gələcəkdə sazişin imzalanacağına əminliyini ifadə edib. Amma hələlik vəziyyət dəqiq deyil.
"Nadir torpaq metalları" teqi üzrə xəbərlər
- Zelenski: "Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq"
- Zelenski: "ABŞ ilə resurslar sazişinin imzalanması barədə danışmaq hələ tezdir"
- Tramp Çindən asılılığı azaltmaq üçün fərman imzaladı
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək
- Rada Trampın Ukrayna böhranının həlli ilə bağlı sülh yanaşmasını alqışladı