Namibiya hökuməti ölkə Prezidenti Haqe Qeynqobun vəfatından sonra fevralın 5-dən etibarən onun dəfn tarixinə qədər davam edəcək matəm elan edib.
“Namibiya Respublikası Hökuməti bütün vətəndaşların nəzərinə çatdırır ki, 2024-cü il fevralın 4-də Vindhukda vəfat etmiş Namibiya Respublikasının Prezidenti Zati-aliləri Haqe Qotfrid Qeynqob üçün matəm müddəti 2024-cü il fevralın 5-dən dəfn tarixinə qədər davam edəcək”, - deyə ölkənin Rusiyadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, matəm günlərində Namibiya bayrağı respublikada və onun dünyadakı diplomatik nümayəndəliklərində yarıya qədər endiriləcək.
Xatırladaq ki, Qeynqob xərçəng diaqnozu ilə bazar günü 82 yaşında ölüb. O, 2015-ci ildən Namibiyaya rəhbərlik edib.
Mənbə: TASS
Rəylər