Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir
NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkünsüz hesab edir.
Oxu.Az "Politico" nəşrinə istinadən xəbərinə görə, bu barədə NASA-nın rəhbəri vəzifəsini icra edən Canet Petro açıqlama verib.
C.Petro qeyd edib ki, əgər məsələlərə real baxsaq, astronavtların uçuşdan sağ çıxmaları mümkün görünmür.
O bunu ekspedisiyanı böyük təhlükələrin gözləməsi ilə və NASA-nın bu təhlükələr haqqında hələ çox az məlumatlı olması ilə əlaqələndirib.
"Mənim bu istiqamətdə çoxlu sayda adamla müxtəlif söhbətlərim olub. Kiminlə danışmağımdan asılı olmayaraq, heç kim bunun reallaşdırmağın və ya bunun baş tutacağının mümkün olacağını düşünmür", - deyə Canet Petro bildirib.
"Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)" teqi üzrə xəbərlər
- Günəş qasırğaları Yer kürəsini təhdid edir: Elektriklə bağlı ciddi problemlər yarana bilər
- Kosmos necə "səslənir"? - NASA ölən ulduzun və qara dəliyin səslərindən "musiqi" yaratdı
- NASA-nın 900 milyon dollar dəyərində olan zondu qəribə asteroidin şəklini çəkdi
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- 220 gün kosmosda: ABŞ-nin ən qocaman astronavtı 70-ci doğum günündə Yerə endi