NATO-nun Baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Onun namizədliyini Liberal Partiyasının sədr müavini, Norveçin keçmiş mədəniyyət naziri Abid Raca təklif edib.
“Son bir il ərzində heç kim Avropada və dünyada sülh və demokratiya üçün Yens Stoltenberq qədər iş görməyib”, - deyə Abid Raca bildirib.
Sülh Mükafatı, Alfred Nobelin vəsiyyətinə əsasən, xalqların birləşdirilməsində və fəal orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində və onlara diqqətin cəlb edilməsində ən böyük uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxsə verilir. Alimin son vəsiyyətinə görə, bu mükafat onun vəsiyyətinə uyğun olaraq təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir.
Nobel yazıb ki, mükafatın təqdim edilməsi ilə bağlı qərar Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə tərəfindən verilməlidir.
Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin aktiv fəaliyyətdən uzaqlaşmış siyasətçiləri və keçmiş partiya liderləridir.
Mənbə: “Verdens Gang”
Rəylər